Bakı. Vüsal Nəbiyev - APA-Economics. Dövlət Sosial Müdafiə Fondunda (DSMF) Apelyasiya Şurası yaradılıb.
Fondun ictimaiyyətlə əlaqələr sektorundan “APA-Economics”ə verilən məlumata görə, DSMF-nin sədr müavini Zakir Babayevin rəhbərlik etdiyi 7 nəfərdən ibarət Şuraya fondun məsul əməkdaşları daxildir.
Apelyasiya Şurası şikayətlərə baxılması sahəsində şəffaflığın və obyektivliyin təmin edilməsi, bu sahədə şəxslərin hüquqlarının və qanunla qorunan maraqlarının müdafiəsi məsələlərinə baxacaq.