Bank Of Baku

DSMF-nin fərdi uçot sistemində qeydiyyatda olanların sayı açıqlanıb

DSMF-nin fərdi uçot sistemində qeydiyyatda olanların sayı açıqlanıb
# 19 dekabr 2017 11:50 (UTC +04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fərdi uçot sisteminin əhatə etdiyi şəxslərin sayı 2017-ci ilin ötən dövründə artmaqda davam edib.


Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən "APA-Economics"ə verilən məlumata görə, bu ilin yanvar-noyabr aylarında sistemdə əlavə olaraq 185 663 nəfərə fərdi şəxsi hesab açılıb. Beləliklə, 1 dekabr 2017-ci il tarixə sistemdə qeydiyyata alınan sığortaolunanların sayı 3 mln. 559,22 min nəfərə çatıb ki, bu da ötən ilin müvafiq dövrü müqayisədə 206,237 min nəfər və ya 6,15% çoxdur.


Ölkəmizdə 2006-cı ildən etibarən  fəaliyyət göstərən fərdi uçot sistemi  qanunvericiliyə uyğun əmək pensiyası və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunan barədə məlumatların uçotunun təşkili və aparılmasına xidmət edir. DSMF hər bir sığortaolunan şəxsə uçot dövründə  daimi (dəyişməz) sosial sığorta nömrəsi ilə fərdi şəxsi hesab açır. Bununla da vətəndaşlar fərdi şəxsi hesablarında pensiya kapitalı toplamaq imkanı əldə edirlər.

 

Nazirliyin elektron xidmətlərindən biri olan "Sığortaolunanlara məlumatların verilməsi" e-xidmətindən istifadə etməklə  vətəndaşlar fərdi şəxsi hesablarında toplanan pensiya kapitalları barədə mütəmadi şəkildə məlumat öyrənə bilirlər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR