Bank Of Baku

DSMF: Azərbaycanda artırılan pensiyalar gələn il heç bir ləngimə olmadan ödəniləcək

DSMF: Azərbaycanda artırılan pensiyalar gələn il heç bir ləngimə olmadan ödəniləcək
# 28 avqust 2013 12:18 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Hazırda Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) hesabında 70 mln. manat (yalnız mərkəzdə) sərbəst vəsait qalığı mövcuddur. Rayonlarla birlikdə isə Fondun 120 mln. manat sərbəst qalığı var. «APA-Economics»in xəbər verdiyi kimi, bunu DSMF-nin sədri Səlim Müslümov bildirib.

 

Onun sözlərinə görə, bu o deməkdir ki, ilin sonuna qədər Fond heç bir ləngimə olmadan pensiyaların vaxtında ödənişini təmin edəcək: «Biz artıq 2014-cü ilin büdcəsinin tərtibinə başlamışıq. Əmək pensiyalarının baza hissəsinin artırılması ilə bağlı son qərara əsasən, 1 illik əlavə xərclər 240 mln. manat təşkil edir. 2014-cü ilin dövlət büdcəsinin 200 mln. manatdan artıq hissəsini Fond öz gəlirləri hesabına təmin edəcək. Bir qismi də yəqin ki, transfer hesabına təmin olunacaq. Bu, keçən ilin oktyabrından başlayaraq DSMF-də qeydiyyata düşmüş sosial sığorta haqqı ödəyənlərin sayı 2 mln.-dan 2,6 mln. nəfərə qədər artması hesabına baş verib. Hazırda avqust ayının maliyyələşməsini başa çatdırmışıq».

 

Qeyd edək ki, ilin sonuna qədər Fond pensiyaların artımına 80 mln. vəsait sərf edəcək. Bunun təxminən 73,2 mln. manatı pensiyaların baza hissəsinə, 4 mln. manatı hərbi qulluqçular, 3 mln. manatı müavinətlərin artırılmasına sərf olunacaq. Bu vəsaitin 33 mln. manatı dövlət büdcəsindən ayrılıb, qalan 47 mln. manat DSMF-nin özünün yığdığı sosial sığorta haqları hesabına əmələ gəlib.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR