Bank Of Baku

DSMF dekabr üzrə əmək pensiyalarının maliyyələşdirilməsini vaxtından əvvəl başa çatdırıb

DSMF dekabr üzrə əmək pensiyalarının maliyyələşdirilməsini vaxtından əvvəl başa çatdırıb
# 17 dekabr 2014 10:00 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Dövlət Sosial Müdafiə Fondu (DSMF) 2014-cü ilin dekabr ayı üzrə əmək pensiyalarının maliyyələşdirilməsini vaxtından əvvəl başa çatdırıb.

 

Fonddan “APA-Economics”ə daxil olan məlumata görə, DSMF-in mərkəzi xəzinə hesabından pensiyaların maliyyələşdirilməsi üçün tələb olunan vəsaitin yerli orqanların hesablarına köçürülməsi dekabr ayının 17-i tarixinə tam yekunlaşıb.

 

Ümumilikdə bu ilin 11 ayı ərzində DSMF-yə daxilolmaların səviyyəsi pensiya və müavinətlərin qrafikdən əvvəl maliyyələşdirilməsinə imkan verib.

 

Cari ilin 11 ayı ərzində fondun gəlirləri 2 646,5 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 8,3% çoxdur. Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,9% artıb. 

 

Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların 999,5 mln. manatı qeyri-büdcə sektorunun payına düşüb ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 13,4% çoxdur.

 

Bu ilin 11 ayı ərzində fondun xərcləri 2 619,4 mln. manat olub və bunun 2 568,3 mln. manatı pensiya və müavinətlərin maliyyələşdirilməsinə yönəldilib ki, bu da 12% çoxdur.

 

Hazırda Azərbaycanda əmək pensiyası alan şəxslərin sayı 1 29 0092 nəfər təşkil edir. Onların 60,8%-ni yaşa görə,  28,3%-ni əlilliyə görə, 10,9%-ni isə ailə başcısını itirməyə görə əmək pensiyası alanlar təşkil edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR