Bank Of Baku

DSMF Sabirabadda regional vətəndaş forumu keçirib

DSMF Sabirabadda regional vətəndaş forumu keçirib
# 23 dekabr 2015 09:22 (UTC +04:00)

Sabirabad. Əlibəy Zeynallı - APA. Dövlət Sosial Müdafiə Fondu (DSMF) Sabirabadda regional “Açıq qapı günü” - vətəndaş forumu keçirib.

 

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, forumda Sabirabad, Hacıqabul rayonlarından və Şirvan şəhərindən olan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçıların qatılıb.

 

“Sosial sığorta müavinətlərinin ödənişinin avtomatlaşdırılması” mövzusuna həsr olunan tədbirdə iştirakçıların  əsasən sosial sığorta müavinətlərinin ödənişinin avtomatlaşdırılmasına dair çoxsaylı sualları cavablandırılıb, bu məsələlərlə bağlı ətraflı müzakirələr aparılıb.

 

DSMF-nin şöbə müdiri Famil Qədimovun bildirdiyinə görə, hazırda fondun mərkəzi məlumat bazasında 1 milyon 294 mindən çox  pensiyaçı, 3 milyon 165 minə yaxın sığortaolunan  barədə müvafiq məlumatlar toplanıb ki, bu da ölkə əhalisinin 45 faizini təşkil edir.

 

Forumda “Elektron hökumət” portalının statistikasına əsasən qurumun göstərdiyi elektron xidmətlər 5 növ müavinətlər üçün müraciətlərin elektron qaydada DSMF-yə təqdim olunmasını nəzərdə tutur. Bunlar əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət, hamiləliyə və doğuma görə müavinət, uşağın anadan olmasına görə müavinət, uşağa qulluğa görə müavinət və dəfn üçün müavinətdir. Eyni zamanda müavinətin bilavasitə işçinin plastik kart hesabına dərhal ödənişi, həyata keçirilir.

 

Tədbirdə bildirilib ki, sığorta-pensiya sisteminin yeni inkişaf mərhələsində prioritet hədəflər Azərbaycan Respublikasının Prezidentinin 4 noyabr 2014-cü il tarixli Sərəncamı ilə təsdiqlənən “2014-2020-ci illərdə pensiya təminatı islahatı konsepsiyası”nın çərçivəsində müəyyən olunub. Bu konsepsiya ölkəmizdə pensiya təminatı sisteminin formalaşmasında beynəlxalq inkişaf tendensiyalarının nəzərə alınması və pensiya təminatının daim yenilənən müasir tələblərə uyğunlaşdırılması, inkişaf etmiş ölkələrin bu sahədə təcrübəsindən istifadə edilməklə uzunmüddətli dövr üçün pensiyaçıların etibarlı sosial müdafiəsinə nail olunması məqsədi daşıyır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR