«APA-Economics»in məlumatına görə, bu barədə Dünya Bankının «Dünya iqtisadiyyatının perspektivləri» icmalında deyilir.
Eyni zamanda, 2014-cü il üçün iqtisadi artım üzrə proqnoz 3,7%, 2015-ci il üçün isə 3,6% həddində müəyyənləşdirilib. Mütləq göstəricilərdə Dünya Bankı Azərbaycanda ÜDM-in həcminin 74,2 mlrd. dollar, 2014-cü ildə 79,8 mlrd. dollar, 2015-ci ildə 86 mlrd. dollar olacağını proqnozlaşdırır.
Bundan əlavə, icmalda ÜDM-in adambaşına həcmi ilə bağlı proqnozlar da əksini tapıb. Belə ki, 2013-cü ildə ÜDM-in adambaşına həcminin 7 909 dollar, 2014-cü ildə 8 408 dollar, 2015-ci ildə 8 966 dollar olacağı gözlənilir.
Qeyd edək ki, Dünya Bankının hesablamalarına görə, 2012-ci ilin yekunları üzrə Azərbaycanda iqtisadi artım 2,0%, ÜDM-in həcmi 68,4 mlrd. dollar, ÜDM-in adambaşına həcmi isə 7 372 dollar olub.