Bank Of Baku

Dünya Bankı və İİTKM əməkdaşlığı genişləndirir

Dünya Bankı və İİTKM əməkdaşlığı genişləndirir
# 22 dekabr 2017 11:52 (UTC +04:00)

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı Dünya Bankı Azərbaycandakı nümayəndəliyinin rəhbəri Navid Naqvini qəbul edib.

 

İİTKM-dən "APA-Economics"ə verilən məlumata görə, görüşdə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ilə Dünya Bankı arasında 2017-ci il ərzində islahat gündəliyinin formalaşması, habelə monitorinq və qiymətləndirmə sahəsində əməkdaşlığın faydası müzakirə edilib. Qərara alınıb ki, bundan sonra da İİTKM və Dünya Bankı əməkdaşlığı daha geniş formatda davam etdirəcəklər.


2017-ci ildə Dünya Bankının hazırladığı “Doing Business” hesabatında Azərbaycanın 8 pillə irəliləyərək 57-ci mövqeyə yüksəlməsi xüsusilə prezident İlham Əliyevin apardığı uğurlu iqtisadi islahatların nəticəsi kimi qiymətləndirilib. Görüşdə həmçinin qeyd edilib ki, Dünya Bankı qrupuna daxil olan Çoxtərəfli İnvestisiya Zəmanəti Agentliyinin icraçı vitse-prezidenti və baş icraçı direktoru xanım Keiko Honda bildirib ki, Azərbaycanda iqtisadi çətinliklər arxada qalıb və ölkədə sabitliyə və inkişafa nail olunub.


Görüşdə qeyd edilib ki, Azərbaycanda aparılan iqtisadi islahatlar nəticəsində qısamüddətli dönəmdə valyuta ehtiyatları 42 mlrd. dollara çatıb, qeyri-neft sektoru 2% böyüyüb, manatın məzənnəsi sabitləşib, qeyri-neft ixracı 25% artıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR