Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan hökuməti ilə Dünya Bankı (DB) arasında əməkdaşlıq dövrü ərzində DB tərəfindən Azərbaycana 56 layihənin icrası üçün 3 122,3 mln. ABŞ dolları məbləğində kredit ayırıb. «APA-Economics»in məlumatına görə, bu barədə Nazirlər Kabinetinin 2012-ci ilin yekunlarına dair hazırladığı hesabatda bildirilir.
Hesabata əsasən, artıq ümumi dəyəri 894,1 mln. dollar olan 36 layihənin icrası başa çatdırılıb, 2 228,2 mln. dollar məbləğində 20 layihənin icrası isə hazırda davam etdirilir.
Cari ilin yanvarın 1-nə 1 741,1 mln. dollar məbləğində kredit istifadə olunub ki, bu da sazişlərə əsasən ayrılması nəzərdə tutulan kreditlərin ümumi məbləğinin 54,5%-ni təşkil edir.
Qeyd edək ki, 2012-ci ildə kreditlərdən istifadə edilmiş məbləğ 393,4 mln. dollar olub.
Xatırladaq ki, Azərbaycan DB ilə 1992-ci ildən əməkdaşlıq edir.