Bank Of Baku

Dünyanın nüfuzlu bankı manatın məzənnəsi ilə bağlı proqnozunu açıqlayıb

Dünyanın nüfuzlu bankı manatın məzənnəsi ilə bağlı proqnozunu açıqlayıb
# 03 mart 2016 10:03 (UTC +04:00)

Bakı - APA-Economics. Hollandiyanın "ING Bank"ı 2016-cı ildə Azərbaycanda ÜDM-in 2,5% azalacağını, 2017-ci ildə 3,4% artacağını proqnozlaşdırır.

 

"APA-Economics" "İnterfax" agentliyinə istinadən xəbər verir ki, bankın proqnozlarına əsasən, 2016-cı ildə Azərbaycanda orta illik inflyasiya 2015-ci ildə 4%-ə qarşı 10,8%-dək artacaq. 2017-ci ildə inflyasiya 4,5%-dək azalacaq.

 

Bankın proqnozlarına görə, 2016-cı ildə manatın dollara nisbətən məzənnəsi 1,03AZN/$1-ə qarşı 1,46 AZN/$1, 2017-ci ildə 1,31AZN/$1 təşkil edəcək.

 

Bankın qiymətləndirmələrinə əsasən, Azərbaycan Dövlət Neft Fondunun ehtiyatları şəklində mühüm “təhlükəsizlik yastığı”na malikdir.

 

“ING Bank”ın analitikləri hesab edir ki, pul-kredit siyasətinin yaxşılaşması və etimadın yüksəlməsi dollarlaşmanın səviyyəsinin azalmasına təkan verəcək.

 

2016-cı ildə Azərbaycanın ümumi büdcəsinin kəsiri ÜDM-in 10%-ni təşkil edəcək.

 

Hökumət 2016-cı il üçün ÜDM-in artımını 1,8% səviyyəsində, orta illik inflyasiyanı 10-12% səviyyəsində proqnozlaşdırır.

 

2015-ci ildə Azərbaycanda ÜDM 1,1% artıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR