«APA-Economics»in xəbər verdiyi kimi, bu proqnoz Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) rüblük hesabatında göstərilib.
Qeyd edək ki, oktyabrda EBRD Azərbaycanda 2013-cü il üçün 3%-lik iqtisadi artım proqnozlaşdırıb və bununla da Bank əvvəlki proqnozunu 1 faiz bəndi artırıb.
Bankın hesabatına əsasən, Azərbaycan iqtisadiyyatı qlobal iqtisadi böhrana tab gətirsə də, iqtisadi artım tempi zəifləyib, bunun da səbəbi neft hasilatının azalması ilə bağlıdır. Ölkədəki neft hasilatının azalması qeyri-neft sektorunda müşahidə olunan möhkəm artımla örtülüb, lakin bu, əsasən büdcə xərclərinin artırılması hesabına baş verib. EBRD bildirir ki, iqtisadiyyatın diversifikasiyasının zəifliyi neftdən asılılığın yüksək olması amili ilə birlikdə iqtisadiyyat üçün əsas risklər kimi qiymətləndirilir. Bu il iqtisadiyyatın artımı üçün əsas kimi neft hasilatı sektorunda müəyyən dərəcədə bərpa prosesləri və qeyri-neft sektorunda artımın davamı göstərilir. Həmçinin bildirilir ki, makroiqtisadi risklər ölkənin ehtiyatlarla şərtləndirilən çox yüksək maliyyə mövqeyi hesabına azaldılır.