Bank Of Baku

EBRD ötən il MDB ölkələrinə sərmayələrini artırıb

EBRD ötən il MDB ölkələrinə sərmayələrini artırıb
# 18 yanvar 2013 13:03 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Avropa Yenidənqurma və İnkişaf Bank (EBRD) tərəfindən Azərbaycan, Gürcüstan, Ermənistan, Belarus, Moldova, Qırğızıstan, Türkmənistan, Özbəkistan, Tacikistan və Monqolustanda 2012-ci ildə maliyyələşdirilən layihələrin ümumi dəyəri 1,06 mlrd. avro təşkil edib ki, bu da 2011-ci ildən 5% artıqdır.

 

«APA-Economics»in xəbər verdiyi kimi, Rusiyada bu rəqəm 2,6 mlrd. avro, Türkiyədə 1 mlrd. avroya bərabər olub. Bundan başqa, EBRD Şərqi Balkan ölkələrində 663 mln. avro dəyərində müxtəlif layihələri maliyyələşdirib.

 

Əlavə olaraq EBRD Misir, Mərakeş, İordaniya və Tunis kimi ölkələrdə fəaliyyətə başlayıb ki, bu da həmin regionda siyasi sarsıntılardan sonra iqtisadiyyatın müasirləşməsi zərurətindən irəli gəlir. Ümumilikdə, EBRD bu regiona 2015-ci ilə qədər ildə 2,5 mlrd. avro həcmində investisiya yatırmaq niyyətindədir.

 

Ümumilikdə, 2012-ci ildə EBRD-nin maliyyələşməsinin ümumi həcmi 8,7 mlrd. avroya, maliyyələşlən layihələrin sayı isə 388-ə çatıb. Müqayisə üçün bildirək ki, 2011-ci ildə bu göstəricilər müvafiq olaraq 9 mlrd. avro və 380 təşkil edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR