Avropa İnvestisiya Bankı (EİB) “Accessbank”a 20 mln. avro həcmində kredit xətti açdığını təsdiq edib.
“APA-Economics” “İnterfax” agentliyinə istinadən xəbər verir ki, bu barədə EİB-in saytında məlumat yayılıb.
Bildirilir ki, EİB noyabrın 16-da kredit xəttinin açılmasını təsdiqləyib. “Kredit əsasən Azərbaycanda kiçik və orta sahibkarlığın maliyyələşdirilməsinə yönələcək”, - deyə məlumatda qeyd olunub.
Qeyd edək ki, bu EİB tərəfindən “Accessbank”a ayrılan 2-ci kredit xəttidir. 2014-cü ilin iyulunda hər iki bank 25 mln. avro həcmində kredit müqaviləsi imzalayıb.