Bakı. Musa Əhmədov - APA-Economics. “Problemli kreditlərin çəkisinin artımı ilə bağlı yayılan məlumatlar doğru deyil”.
“APA-Economics” xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov deyib.
Onun sözlərinə görə, indi Azərbaycanda problemli kreditlərin ümumi portfeldə xüsusi çəkisi 6%-dən aşağıdır: “Bunların 80%-i üzrə banklarda ehtiyatlar yaradılıb. Bu, başqa ölkələrlə müqayisədə çox aşağıdır. Təbii ki, portfelin strukturunda dəyişikliklər baş verir. Belə ki, istehlak kreditləri üzrə problemli kreditlər daha yüksəkdir. Ancaq banklarda ehtiyat fond olduğu üçün, bu ciddi problem yaratmır”.