Bank Of Baku

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 400 minə yaxın şəxsi aylıq və birdəfəlik sosial müavinətlə təmin edib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 400 minə yaxın şəxsi aylıq və birdəfəlik sosial müavinətlə təmin edib
# 12 may 2015 11:56 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu ilin ilk rübündə 372 290 nəfərə aylıq və birdəfəlik sosial müavinət ödənilib ki, onlardan  340 254 nəfəri (91,4%) aylıq, 32 036 nəfəri birdəfəlik (8,6%) sosial müavinət alıb.

 

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə müharibə veteranlarına ödənilən aylıq sosial müavinətlərin məbləği 21,6% artıb. Hazırda 52 596 nəfər müharibə veteranı həmin aylıq sosial müavinətlə təmin edilir. Eyni zamanda, Azərbaycan prezidentinin 27 dekabr 2013-cü il tarixli fərmanına əsasən, 1 yanvar 2014-cü il tarixdən etibarən beşdən çox uşağı olan qadınların 18 yaşına çatmamış hər bir uşağına görə 30 manat məbləğində aylıq sosial müavinət təyin olunur. Hazırda beşdən çox uşağı olan 3 033 nəfər qadının 18 yaşına çatmamış 8 766 nəfər uşağına həmin aylıq müavinət ödənilir.

 

Cari ilin birinci rübündə ötən ilin müvafiq dövrünə nisbətən aylıq və birdəfəlik sosial müavinət və kompensasiyaların ödənilməsinə 2,2 mln. manat, yəni 4%-dək çox vəsait yönəldilib. Sosial müavinət və təqaüdlərin ödənişində şəffaflığın təmin olunması məqsədilə sosial müavinətlərə, həmçinin təqaüdlərə dair məlumatlar xüsusi proqram təminatı vasitəsilə vahid məlumat bazasında toplanıb. Ölkədə sosial müavinətlərin ödənişi plastik kartlarla bankomatlar vasitəsilə həyata keçirilir və sosial müavinət, həmçinin təqaüd təyin olunanların siyahısı nazirliyin rəsmi saytının (www.mlspp.gov.az) “Fəaliyyət və xidmətlər” bölümündə təqdim olunur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR