Bank Of Baku

Əsas maliyyə göstəriciləri zəifləyən "Xalq Bank" mənfəətliliyini qoruyub

Əsas maliyyə göstəriciləri zəifləyən "Xalq Bank" mənfəətliliyini qoruyub
# 25 aprel 2017 08:05 (UTC +04:00)

2017-ci ilin I rübündə "Xalq Bank" ASC-nin aktivlərinin həcmi 1 mlrd. 660,070 mln. manat təşkil edib ki, bu da ilin əvvəli ilə müqayisədə 0,51% azdır.

"APA-Economics" bankın açıqladığı balans hesabatına istinadən xəbər verir ki, bu il bankın kredit portfeli 1% azalaraq 1 mlrd. 261,913 mln. manat təşkil edib.

Hesabat dövründə bankın depozit portfeli 0,9% azalaraq 1 mlrd. 89,051 mln. manat, öhdəliklərin həcmi isə 0,8% azalaraq 1 mlrd. 419,657 mln. manat olub.
 

Yanvar-mart ayları ərzində bankın məcmu kapitalı 1,2% artaraq 238 mln. 728 min 731,3 manat olduğu halda, nizamnamə kapitalı dəyişməyərək 211 mln. 646,49 min manat təşkil edib.

Bank ötən rübü 598,23 min manatlıq xalis mənfəətlə başa vurub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR