Bakı. Musa Əhmədov - APA-Economics. 2016-cı ilin fevral ayı ərzində İcbari Sığorta Bürosunun informasiya sistemində nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 75 590 müqavilə qeydiyyata alınıb.
Bürodan “APA-Economics”ə verilən məlumata görə, bunların 8 974 ədədi xarici ölkədə qeydiyyata alınmış və Azərbaycana tranzit məqsədilə daxil olan nəqliyyat vasitələri təşkil edib.
Ümumilikdə fevral ayı ərzində standart və sərhəd sığorta müqavilələri üzrə daxil olan sığorta haqlarının məbləği 6,3 mln. manat təşkil edib.
2015-ci ilin fevral ayı ilə müqayisədə sığorta müqavilələrinin sayında 18,2%, sığorta haqlarının məbləğində isə 24,7% artım müşahidə edilib.