Bank Of Baku

Fiksasiya nəticəsində dolların zəifləməsi nefti bahalaşdırır

Fiksasiya nəticəsində dolların zəifləməsi nefti bahalaşdırır
# 03 mart 2017 05:53 (UTC +04:00)

Dünya birjalarında neft bahalaşıb.


"APA-Economics" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,04 dollar və ya 0,08% artaraq 52,65 dollar təşkil edib.


ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,03 dollar və ya 0,03% artaraq 55,11 dollar olub.

 

Dolların indeksinin kəskin möhkəmlənməsi nəticəsində ucuzlaşan neft fiksasiya prosesindən faydalanaraq bahalaşma nümayiş etdirib. İnvestorlar dolların indeksinin ard-arda maksimumları yeniləməsindən sonra gəlirlərini fiksasiya etməyə başlayıb ki, bunun nəticəsində ABŞ valyutası cüzi geriləyib. Dollarda ticarət olunan neftin bahalaşmasına da məhz bu səbəb olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR