Nigar
"Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (İBRD) kapitallaşmasını və inkişaf etməkdə olan ölkələrə borc vermə qabiliyyətini artıracaq".
“APA-Economics” xəbər verir ki, bu barədə “Fitch” beynəlxalq reytinq agentliyinin yaydığı hesabatda deyilir.
İBRD-ının prezidenti Cim Yon Kim aprelin 21-də bildirib ki, bankın səhmdarları ödənilmiş kapitalın 7,5 mlrd. dollara, cəlb edilən kapitalın isə 52,6 mlrd. dollara qədər artırılması barədə razılığa gəliblər. “Fitch” analitikləri kapital strukturundakı əvvəlki artıma əsaslanaraq kapitala yatırımların 5 il ərzində baş tutacağını proqnozlaşdırır.
“Fitch” beynəlxalq reytinq agentliyi “İBRD”nin kredit reytinqini “AAA” reytinq üzrə proqnozu "stabil" səviyyəsində təsdiq edib: “Bankın maliyyə vəsaitlərinin aktiv və zəmanətlərə nisbətinin 15%-dən yüksək qalacağını proqnozlaşdırırıq. 2021-ci ilə kapitalın aktivlərə nisbətinin 15,5% təşkil edəcəyini gözləyirik".
"Fitch" analitikləri İBRD-nin kreditləşməni artıracağını və likvidliyin yüksək olaraq qalacağını gözləyir: "Uçot dərəcəsi yüksəldikcə, İBRD-in kapitalı 2018-2021-ci illərdə 3% möhkəmlənəcək".
Mütəxəssislər İBRD-nin kredit riskinin aşağı olacağını proqnozlaşdırır.