Bank Of Baku

Gələn il “Aqrarkredit”dən alınan dividendlər üzrə dövlət büdcəsinə daxilolma 7% artacaq

Gələn il “Aqrarkredit”dən alınan dividendlər üzrə dövlət büdcəsinə daxilolma 7% artacaq
# 28 noyabr 2016 13:53 (UTC +04:00)

Gələn il səhmlərində dövlətin payı olan “Aqrarkredit” QSC bank olmayan kredit təşkilatından alınan dividendlər üzrə dövlət büdcəsinə daxilolma 150 min manat proqnozlaşdırılıb.

 

APA-Economics” xəbər verir ki, bu barədə Hesablama Palatası “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə verdiyi rəydə öz əksini tapıb.

 

Rəydə qeyd olunub ki, səhmlərində dövlətin payı olan müəssisələrdən alınan dividendlərdən daxilolmalar üzrə 2017-ci il üçün nəzərdə tutulmuş məbləğ 2016-cı ilin müvafiq proqnozu ilə müqayisədə “Aqrarkredit” üzrə 10 min manat və ya 7,1% çox proqnozlaşdırılıb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR