Bank Of Baku

Prezident patent hüququ obyektlərinin mühafizəsi ilə bağlı idarəetmənin təkmilləşdirilməsinə dair fərman imzalayıb

Prezident patent hüququ obyektlərinin mühafizəsi ilə bağlı idarəetmənin təkmilləşdirilməsinə dair fərman imzalayıb
# 10 fevral 2017 16:22 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev standartlaşdırma, metrologiya, akkreditasiya və patent hüququ obyektlərinin mühafizəsi sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb.

 

APA-nın məlumatına görə, Nazirlər Kabinetinə beynəlxalq təcrübəni nəzərə almaqla, “Standartlaşdırma haqqında” qanunun yeni layihəsini 3 ay müddətində hazırlamaq, beynəlxalq təcrübəni nəzərə almaqla, istehlak bazarında qeyri-qida məhsullarının təhlükəsizliyinə nəzarət sisteminin təkmilləşdirilməsinə, o cümlədən onların istehsalı zamanı texniki reqlamentlərin tələblərinə uyğunluğa nəzarət səlahiyyətlərinin qanunla müəyyən olunmuş qaydada akkreditasiya edilmiş uyğunluğun qiymətləndirilməsi qurumlarına ötürülməsinə dair təkliflərini iki ay müddətində hazırlayıb prezidentə təqdim etmək tapşırılıb.

 

Nazirlər Kabineti həmçinin milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılması, o cümlədən Avropa İttifaqının direktivləri əsasında milli texniki reqlamentlərin və beynəlxalq standartlar əsasında istinad edilmiş standartların qəbulu məqsədilə Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2018–2025-ci illər üçün dövlət proqramının layihəsini Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə birlikdə altı ay müddətində hazırlayıb prezidentə təqdim etməli, eləcə də bu fərmanın 3.2-ci bəndində nəzərdə tutulan publik hüquqi şəxs dövlət qeydiyyatına alındıqdan sonra onun milli standartlaşdırma qurumu kimi, bu fərmanın 3.3-cü bəndində nəzərdə tutulan publik hüquqi şəxs dövlət qeydiyyatına alındıqdan sonra isə onun milli akkreditasiya qurumu kimi beynəlxalq təşkilatlara üzvlüyünün və akkreditasiya nəticələrinin qarşılıqlı tanınması ilə bağlı beynəlxalq müqavilələr bağlanmasının təmin edilməsi ilə əlaqədar qanunvericilikdə nəzərdə tutulmuş tədbirləri Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə birlikdə həyata keçirməlidir. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR