Bank Of Baku

Gömrük Akademiyasında gömrük cinayətlərinə dair mühazirə keçirilib

Gömrük Akademiyasında gömrük cinayətlərinə dair mühazirə keçirilib
# 15 dekabr 2017 10:31 (UTC +04:00)

Dövlət Gömrük Komitəsinin (DGK) Akademiyasında gömrük cinayətlərinə dair mühazirə keçirilib.

 

DGK Mətbuat Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, dekabrın 14-dən başlayan ikigünlük mühazirəni Rusiya Gömrük Akademiyasının Dövlət və hüquq nəzəriyyəsi və tarixi kafedrasının professoru, hüquq elmləri doktoru Rozalina Şaqiyeva aparıb. Mühazirədə DGK Akademiyasının tələbələri və gömrük əməkdaşları iştirak edib.

 

Tədbirdə R. Şaqiyevanın "Gömrük cinayətlərinə görə cinayət məsuliyyəti (qaçaqmalçılıq nümunəsində)" mövzusunda məruzəsi dinlənilib və tələbələri maraqlandıran suallar cavablandırılıb.

 

Mühazirə DGK və Rusiya Federal Gömrük Xidməti arasında gömrük hüquqpozmaları ilə mübarizəyə dair əməkdaşlıq haqqında sazişə əsasən təşkil edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR