Bank Of Baku

Gömrükçülər külli miqdarda "Tramadol" müsadirə edib

Gömrükçülər külli miqdarda "Tramadol" müsadirə edib
# 22 dekabr 2017 07:36 (UTC +04:00)

Astara Gömrük İdarəsində İran Azərbaycana piyada gələn Azərbaycan vətəndaşının əl yükü rentgen qurğusundan keçirilərkən monitorda şübhəli predmetlərin təsviri görünüb.


Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən "APA-Economics"ə verilən məlumata görə, əl yükünə baxış zamanı, yuyucu vasitənin içində, istehsal qablaşması pozulmuş vəziyyətdə, ümumi sayı 1 491 ədəd olan "Tramadol" adlı dərman preparatı aşkar edilib.


Xatırladaq ki, "Tramadol" Azərbaycan Respublikasının müvafiq qanunu ilə təsdiq edilmiş "Güclü təsir edən maddələrin və onların külli miqdarının Siyahısı"na daxildir və aşkar olunan 1491 ədəd tramadolun təsiredici maddəsinin ümumi miqdarı 298,2 qram təşkil edir.
 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR