Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.
Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən “APA-Economics”ə verilən xəbərə görə, yoxlama zamanı avtomobildəki gizli saxlanc yerlərində 24 min ədəd pirotexniki məmulat aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.