Bank Of Baku

Gömrükçülər ölkəyə qanunsuz dekorativ şam gətirilməsinin qarşısını alıb

Gömrükçülər ölkəyə qanunsuz dekorativ şam gətirilməsinin qarşısını alıb
# 12 may 2018 08:35 (UTC +04:00)

Balakən Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumata əsasən Azərbaycan vətəndaşının idarə etdiyi "Mercedes Benz" markalı yük nəqliyyat vasitəsi saxlanılıb və avtomobilə baxış keçirilib.

 

Dövlət Gömrük Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, yoxlama zamanı yük yerindən gömrük orqanlarına bəyan edilməyən 300 ədəd üzərində "Paşabahçe" markalanma yazısı olan şüşələrdə qablaşdırılmış dekorativ şamlar, 24 ədəd "Paşabahçe Zeyna" markalanma yazısı olan dekorativ şamlar və 6 ədəd sellofan paketdə qablaşdırılmış 360 ədəd çıl-çıraqdan əlavə asılması üçün nəzərdə tutulan aksesuarlar aşkar olunub.

 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR