Bank Of Baku

Gömrükçülər qızıl-zinət əşyalarının qanunsuz yolla ölkədən çıxarılmasının qarşısını alıb

Gömrükçülər qızıl-zinət əşyalarının qanunsuz yolla ölkədən çıxarılmasının qarşısını alıb
# 09 dekabr 2016 08:18 (UTC +04:00)

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə zərgərlik məmulatının ölkə ərazisindən qanunsuz yolla aparılması barədə daxil olan məlumata əsasən, Bakı-Tel-Əviv aviareysilə getmək istəyən İsrail vətəndaşı təyyarəyə minərkən saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.

 

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, yoxlama zamanı, vətəndaşın sinəsində yerləşdirdiyi kiçik həcmli 4 ədəd polietilen paketlərdən 1 ədəd qolbaq, 1 ədəd üzük-sırğa cütü dəsti və 6 cüt sırğa aşkar edilib.

 

Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən, aşkar edilən zərgərlik məmulatı kustar və zavod üsulu ilə istehsal olunub, 583, 585 və 750 əyarlı qızıldan hazırlanmış zinət əşyalarıdır və onların ümumi çəkisi 81,33 qram təşkil edir.

 

Faktla bağlı araşdırma  aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR