Gürcüstandan Azərbaycana gələn Azərbaycan vətəndaşından xeyli sayda pirotexniki vasitə aşkarlanıb.
Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat Xidmətindən "APA-Economics"ə verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında Gürcüstandan ölkəmizə gələn Azərbaycan vətəndaşının idarə etdiyi minik avtomobilinə gömrük baxışı keçirilib. Baxış zamanı nəqliyyat vasitəsinin arxa oturacağının altında və baqajın xüsusi düzəldilmiş gizli saxlanc yerində 450 qutu pirotexniki vasitə aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.