Bank Of Baku

Gömrükçülər zərgərlik məmulatları müsadirə edib

Gömrükçülər zərgərlik məmulatları müsadirə edib
# 05 avqust 2017 10:07 (UTC +04:00)

Xaçmaz Gömrük İdarəsinin "Yalama" gömrük postunda Rusiyadan Azərbaycana Xarkov-Bakı sərnişin qatarı ilə gələn Ukrayna Respublikası vətəndaşının əl yüklərinə baxış keçirilib.

 

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən "APA-Economics"ə verilən məlumata görə, baxış zamanı, karton qutunun içində, gömrük nəzarətinə əvvəlcədən bəyan edilməyən - 4 ədəd üzük, 1 ədəd qolbaq, 1 cüt sırğa, 7 ədəd boyunbağı olmaqla, ümumi çəkisi 191 qram olan qızıldan hazırlanmış zərgərlik məmulatı aşkar edilib.

 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR