Bank Of Baku

Gürcüstanda 4,4% iqtisadi artım qeydə alınıb

Gürcüstanda 4,4% iqtisadi artım qeydə alınıb
# 19 dekabr 2017 09:30 (UTC +04:00)

2017-ci ilin üçüncü rübündə Gürcüstanda Ümumi Daxili Məhsulun (ÜDM) real artımı 4,4% təşkil edib.

 

APA-nın yerli bürosu Gürcüstanın Milli Statistika İdarəsinə istinadən xəbər verir ki, nominal ÜDM 9 941,6 mln. lari olub. ÜDM deflyatoru isə 6,6% artıb.

 

Hesabat dövründə qonşu ölkədə ən çox artım hotel və restoranlar (12,6%), dağ-mədən sənayesi (10,6%), tikinti (9,3%) və ticarət (9,3%) sahələrində qeydə alınıb.

 

Kənd təsərrüfatı sahəsində isə 2,8% azalma müşahidə olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR