Bank Of Baku

Gürcüstanda Azərbaycanla sərhədə qədər olan avtomobil yolu təmir ediləcək

Gürcüstanda Azərbaycanla sərhədə qədər olan avtomobil yolu təmir ediləcək
# 05 dekabr 2017 12:34 (UTC +04:00)

2018-ci ildə Gürcüstanda Azərbaycanla sərhədə qədər olan avtomobil yolu təmir olunacaq.

 

APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, avtomobil yolunun Tbilisi-Qırmızı Körpü və Rustavi-Qırmızı körpü hissələrinin yenidən qurulmasına dövlət büdcəsindən 25 milyon lari məbləğində vəsait ayrılacaq.

 

Ümumiyyətlə, 2018-ci ildə Gürcüstan hökuməti infrastruktur layihələrinə xərcləri artırmağı planlaşdırır.

 

Gələn ilin büdcə layihəsinə əsasən, qonşu ölkədə yol infrastrukturunun tikintisi və yenidən qurulmasına 1,3 milyard larinin yönəldilməsi nəzərdə tutulub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR