Cari ilin noyabr ayında Gürcüstanda ÜDM-in artım tempi 3,7% təşkil edib.
APA-nın yerli bürosu Gürcüstanın Milli Statistika İdarəsinə istinadən xəbər verir ki, bu ilin on bir ayı ərzində ÜDM-in artım tempi 4,8% olub.
Ötən ayın digər əsas iqtisadi göstəricilərinə gəlincə, aylıq inflyasiya 1,1% olub. Sənaye məhsullarının istehsal qiymətləri isə oktyabr ayı ilə müqayisədə 4,3% artıb. Gürcüstanın yanvar-noyabr aylarında xarici ticarət dövriyyəsi ötən illə müqayisədə 12,9% artıb.
Noyabr ayında qonşu ölkədə 4 277 müəssisə qeydiyyatdan keçib ki, bu da ötən illə müqayisədə 6,1% çoxdur.
Dövlət büdcəsinin gəlirləri 843,7 mln. lari, xərcləri isə 725,3 mln. lari təşkil edib.