Bank Of Baku

Gürcüstanda iqtisadi artım 5,6% təşkil edib

Gürcüstanda iqtisadi artım 5,6% təşkil edib
# 30 aprel 2018 09:53 (UTC +04:00)

Ötən ay Gürcüstanda ÜDM-in artım tempi 5,6% təşkil edib.

 

APA-nın yerli bürosu Gürcüstanın Milli Statistika İdarəsinə istinadən xəbər verir ki, bu ilin birinci rübündə ÜDM-in orta real artım tempi 5,2% olub.

 

Mart ayında Gürcüstanda istehlak qiymətləri fevral ayı ilə müqayisədə 0,4% ucuzlaşıb. Yanvar-mart aylarında xarici ticarət dövriyyəsinin həcmi 23,3% artaraq 2 mlrd. 823,8 min dollar təşkil edib.

 

Qonşu ölkədə ötən ay 4 786 müəssisə qeydiyyata alınıb ki, bu da illik müqayisədə 0,5% azdır.

 

Dövlət büdcəsinin gəlirləri 975,5 mln. lari, xərcləri isə 727,9 mln. lari təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR