Bakı. Anaxanım Hidayətova - APA-Economics. Gürcüstanın baş naziri Bidzina İvanişvili nazirlərin əməkhaqlarının azaldılması haqqında qərar verib.
“APA-Economics”in Gürcüstan hökumətinin mətbuat xidmətinə istinadən xəbərinə görə, nazirlərin maaşları 12% azaldılıb.
Beləliklə, bundan sonra Gürcüstanda nazirlərin aylıq maaşı 6300 lari (3800 dollar) təşkil edəcək.
Gürcüstan hökuməti nazirlərə aylıq mükafat verilməsi ənənəsindən də imtina edib. Mükafatlar ildə bir dəfə baş nazirin qərarı ilə veriləcək.