Bank Of Baku

Gürcüstandan Azərbaycana pirotexniki vasitə və fişənglərin gətirilməsinin qarşısı alınıb

Gürcüstandan Azərbaycana pirotexniki vasitə və fişənglərin gətirilməsinin qarşısı alınıb
# 22 avqust 2017 09:24 (UTC +04:00)

Gürcüstandan Azərbaycana gələn Azərbaycan vətəndaşından pirotexniki vasitə və fişənglər aşkar olunub.

 

Gömrük Komitəsinin Mətbuat Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan Azərbaycana gələn Azərbaycan vətəndaşının idarə etdiyi "VAZ-21061" markalı avtomobilə gömrük baxışı keçirilib.

 

Yoxlama zamanı, həmin nəqliyyat vasitəsində 650 qutu pirotexniki vasitə və 6 ədəd fişəng aşkar olunub.

 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR