Bank Of Baku

Gürcüstandan Azərbaycana və əks istiqamətdə pul köçürmələrinin həcmi artıb

Gürcüstandan Azərbaycana və əks istiqamətdə pul köçürmələrinin həcmi artıb
# 19 dekabr 2016 08:06 (UTC +04:00)

Ötən ay Gürcüstandan Azərbaycana müxtəlif elektron pulköçürmə sistemləri ilə 1 mlrd. 038,9 min dollar pul köçürülüb.

 

"APA-Economics" Gürcüstan Milli Bankına istinadən xəbər verir ki, bu, 2015-ci ilin noyabr ayı ilə müqayisədə 376,3 min dollar və ya 56,79% çoxdur. Oktyabr ayı ilə müqayisədə noyabr ayında Gürcüstandan ölkəmizə pul axını 132,3 min dollar və ya 14,59% artıb.

 

Ötən ay Azərbaycandan Gürcüstana 1 mlrd. 404,9 min dollar göndərilib ki, bu da 2015-ci ilin noyabr ayına nisbətən 89,1 min dollar və ya 6,77% çoxdur. Bu ilin oktyabr ayı ilə noyabr ayını müqayisə edəndə məlum olur ki, ötən ay Azərbaycandan Gürcüstana pulköçürmələrin həcmi 179,9 min dollar və ya 14,69% artıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR