2017-ci ilin yanvar-iyun ayları ərzində Gürcüstanla Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi 365 mln. 516,3 min dollar təşkil edib.
APA-nın Gürcüstan bürosu ölkənin Milli Statistika İdarəsinin hesabatına istinadla xəbər verir ki, qonşu ölkənin xarici ticarət dövriyyəsinin 7,6%-i Azərbaycanın payına düşür.
Hesabat dövründə Azərbaycan Gürcüstandan 81 mln. 548, 8 min dollar məbləğində məhsul idxal edib. Gürcüstanın ixracında Azərbaycanın payı 6,6%-dir.
Gürcüstan isə Azərbaycandan 283 mln. 967,5 min dollar dəyərində məhsul idxal edib. Gürcüstanın idxalının 7,9%-i Azərbaycanın payına düşür.
Cari ilin yanvar-iyun aylarında Gürcüstanın xarici ticarət dövriyyəsi 4 mlrd. 822,4 mln. dollar təşkil edib ki, bu da ötən ilin analoji göstəricisindən 13,5% çoxdur.