Bank Of Baku

Hakerlər Rusiya Bankının hesabından 2 mlrd. rubl oğurlayıb - YENİLƏNİB

Hakerlər Rusiya Bankının hesabından 2 mlrd. rubl oğurlayıb - <span style="color: red;">YENİLƏNİB
# 03 dekabr 2016 09:29 (UTC +04:00)

Rusiya Bankı (mərkəzi bank - red.) haker hücumu nəticəsində onun hesabından 2 mlrd. rubl məbləğində vəsaitin oğurlanmasını təkzib edib.

 

"APA-Economics" TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə tənzimləyicinin yaydığı məlumatda deyilir.
 

"Haker hücumu nəticəsində müxbir hesablarımızdan 2 mlrd. rubl məbləğində vəsaitinin oğurlanması barədə yayılan informasiyalar həqiqəti əks etdirmir. Ötən axşam dərc olunan "Maliyyə sabitliyi icmalı"nda 2016-cı il ərzində haker hücumları nəticəsində kommersiya banklarının və onların müştərilərinin üzləşdiyi itkilər barədə məlumat qeyd edilib", - deyə məlumatda qeyd edilib.

 

*** SAAT 10:57

 

Hakerlər Rusiya banklarının mərkəzi bankdakı (Rusiya Bankı - red.) hesablarından 2 mlrd. rubl oğurlayıb. "APA-Economics" xəbər verir ki, bu barədə CNN telekanalına Rusiya Bankının rəsmisi Artyom Sıçyov bildirib.


Onun sözlərinə görə, hakerlər 5 mlrd. rubl oğurlamağa cəhd edib, lakin mərkəzi bank kiberhücumu dəf etməyi bacarıb: "Biz vəsaitin bir hissəsini qaytara bildik".
 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR