Bank Of Baku

Hesablama Palatası ARDNF-nin 2017-ci il büdcəsinin icrası haqqında illik hesabata rəy verib

Hesablama Palatası ARDNF-nin 2017-ci il büdcəsinin icrası haqqında illik hesabata rəy verib
# 25 aprel 2018 12:46 (UTC +04:00)

Hesablama Palatasının növbəti kollegiya iclası keçirilib.

 

Palatadan "APA-Economics"ə verilən məlumata görə, iclasda Azərbaycan Tibb Universiteti üzrə daxilolmaların və xərclərin proqnozlaşdırılması və icrasına dair, Dövlət büdcəsindən Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzinə ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrasına dair nəzarət tədbirləri üzrə hesabatlar müzakirə olunub.

 

Bundan başqa, iclasda Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2017-ci il büdcəsinin icrası haqqında illik hesabata Azərbaycan Respublikası Hesablama Palatasının Rəyinə dair, “Dövlət büdcəsindən Bakı şəhəri İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinə ayrılmış vəsaitlərin proqnozlaşdırılması və icrasına dair hesabatlar da əsas müzakirə mövzusu olub.

 

Kollegiya iclasında hər bir nəzarət tədbiri üzrə Kollegiya qərarının layihəsi müzakirə edilərək təsdiq olunub. Həmin qərarların icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və audit tədbirlərinin nəticələri barədə məlumatların Milli Məclisinə təqdim olunması qərara alınıb.

 

İclasda, aparılmış audit tədbirlərinin nəticələri üzrə təqdimatların icrası vəziyyəti barədə auditorların məlumatı dinlənilib, müvafiq qərarlar qəbul edilib, həmçinin Hesablama Palatasının İş planında nəzərdə tutulmuş nəzarət tədbirləri ilə bağlı proqramlar  təsdiq olunub.

 

 

İclasda, həmçinin 2018-ci il 27-28 mart tarixlərində Qırğızıstanın Respublikasının Bişkek şəhərində, 29-30 mart 2018-ci il tarixlərində isə Rusiya Federasiyasının Moskva şəhərində Azərbaycan Respublikası Hesablama Palatasının və adı çəkilən ölkələrin AAQ-larının əməkdaşları  arasında keçirilən  ikitərəfli görüşlərdə, eləcə də, 2018-ci il 11-13 aprel tarixlərində Estoniyanın Tallin şəhərində keçirilən  “Nəzarət Mühiti-e-Estoniya” adlı İT üzrə Seminarda, EUROSAI-ın İT üzrə İşçi Qrupunun 12-ci toplantısında  və  2018-ci il 26-30 mart tarixlərində INTOSAI-ın təşkilatçılığı ilə İtaliyanın Roma şəhərində Əsas Milli Göstəricilər üzrə İşçi Qrupun 11-ci toplantısında Palata əməkdaşlarının iştirakı  barədə məruzələri dinlənilmişdir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR