Hesablama Palatası Bərdə rayonuna ayrılan büdcə vəsaitlərinin istifadəsini araşdırıb

Hesablama Palatası Bərdə rayonuna ayrılan büdcə vəsaitlərinin istifadəsini araşdırıb
# 05 mart 2013 15:02 (UTC +04:00)

Bakı – APA-Economics. Hesablama Palatasının kollegiya iclasında Bərdə rayon İcra Hakimiyyətinin tabeliyində olan idarə, müəssisə və təşkilatlara dövlət büdcəsinin «Mənzil və kommunal təsərrüfatı» bölməsindən ayrılan vəsaitlərin proqnozlaşdırılması və istifadəsinə dair auditin nəticələri üzrə Rəy və Hesabat müzakirə olunaraq təsdiq olunub. «APA-Economics»in məlumatına görə, nəzarət tədbirinin nəticələri barədə Milli Məclisə məlumatın təqdim edilməsi qərara alınıb.

Kollegiya iclasında həmçinin, «Bakı İnşaat Layihə» QSC tərəfindən vergilərin qanunvericiliyə uyğun hesablanılması və dövlət büdcəsinə ödənilməsinə, dövlət büdcəsinin ehtiyat fondundan və dövlət əsaslı vəsait qoyuluşundan Biləsuvar rayon İcra Hakimiyyətinə ayrılan vəsaitlərdən istifadə vəziyyətinə dair audit proqramları da təsdiq edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR