Bank Of Baku

Hesablama Palatası Lənkəranda yoxlama aparıb, Beyləqanda isə yoxlamaya hazırlaşır

Hesablama Palatası Lənkəranda yoxlama aparıb, Beyləqanda isə yoxlamaya hazırlaşır
# 23 yanvar 2013 08:07 (UTC +04:00)

Bakı – APA-Economics. Azərbaycan Hesablama Palatası Lənkəran şəhərinə dövlət büdcəsindən ayrılan vəsaitlərin xərclənməsini yoxlayıb. «APA-Economics»in məlumatına görə, Palatanın yanvarın 22-də keçirilən kollegiya iclasında dövlət büdcəsinin yerli xərclərindən Lənkəran şəhər Mərkəzi Xəstəxanasına, Lənkəran şəhər İcra Hakimiyyəti aparatına, şəhər Təhsil, Mədəniyyət və Turizm şöbələrinə, Lənkəran şəhəri Maliyyə İdarəsinə və dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən Təhsil Nazirliyinin Humanitar Fənlər Təmayüllü Məktəb-Liseyinə ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrasına dair auditlərin nəticələri üzrə rəy və hesabatlar müzakirə olunaraq təsdiq olunub, nəzarət tədbirlərinin nəticələri barədə Milli Məclisə məlumatların təqdim edilməsi qərara alınıb.

 

Kollegiya iclasında, həmçinin, dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan Beyləqan rayon İcra Hakimiyyətinə ayrılan vəsaitlərdən istifadəyə dair audit proqramı təsdiq edilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR