Bank Of Baku

Həyat sığortası bazarında yığım 16%, ödəniş isə 6,5 dəfə artıb

Həyat sığortası bazarında yığım 16%, ödəniş isə 6,5 dəfə artıb
# 14 avqust 2015 08:22 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. 2015-ci ilin yanvar-iyul aylarında Azərbaycanda toplanmış sığorta haqlarının 26%-i və yaxud 73,7 mln. manatı həyat sığortasının payına düşüb.

 

Azərbaycan Sığortaçılar Assosiasiyasından “APA-Economics”ə verilən  məlumata görə, 2014-cü ilin eyni dövrü ilə müqayisədə həyat sığortası bazarı 16% böyüyüb.

 

Həyat sığortasındakı yığımların 57%-i və ya 42 mln. manatı həyatın yaşam sığortasının, 31,2%-i və ya 23 mln. manatı istehsalatda bədbəxt hadisələrdən sığortanın, 10%-i və ya 7,4 mln. manatı həyatın ölüm halından sığortasının, 1,2%-i və ya 916 min manatı əmək qabiliyyətinin sığortasının, cəmi 0,6%-i və ya 376 min manatı isə sağalmaz xəstəliklərdən sığortanın payına düşüb.

 

7 ay ərzində həyat sığortası üzrə həyata keçirilmiş ödənişlərin məbləği isə 31,4 mln. manat təşkil edib. Bu isə ümumi ödənişlərin 30%-ni təşkil etməklə, 2014-cü ilin eyni dövrünə nisbətən 6,5 dəfə çoxdur.

 

Həyat sığortası üzrə ödənişlərin 90,4%-i və ya 28,4 mln. manatı həyatın yaşam sığortasının, 4,75%-i və ya 1,5 mln. manatı həyatın ölüm halından sığortasının, yenə də 4,75%-i və ya 1,5 mln. manatı istehsalatda bədbəxt hadisələrdən sığortanın, cəmi 0,1%-i və ya 13,7 min manatı isə sağalmaz xəstəliklərdən sığortanın payına düşüb.

 

Hesabat dövründə həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının müqabilində 42,6 manat ödəniş həyata keçirilib. 2014-cü ilin eyni dövründə isə bu rəqəm 7,6 manat olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR