Bank Of Baku

İİTKM Asiya beyin mərkəzlərinin forumunda təmsil olunub

İİTKM Asiya beyin mərkəzlərinin forumunda təmsil olunub
# 27 sentyabr 2017 08:24 (UTC +04:00)

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin eksperti Ayaz Çaparlı Şri - Lankada Asiya İnkişaf Bankı-Asiya Beyin Mərkəzlərinin İnkişaf Forumunda iştirak edib. Mərkəzdən “APA-Economincs”ə verilən xəbərə görə, Forum Şri -Lankanın Kolombo şəhərində Asiya İnkişaf Bankı və Şri-Lanka Siyasi Elmlər İnstitutunun təşkilatçılığı ilə keçirilib.

 

Forumda 23 ölkədən dəvət olunmuş nümayəndələrin iştirakı ilə urbanizasiyanın maliyyələşmə üsulları ilə bağlı geniş fikir mübadiləsi aparılıb.

 

Qeyd edək ki, quruma üzv beyin mərkəzləri arasında iqtisadi artım və inklüziv inkişaf sahələrində fikir mübadiləsini təmin etmək məqsədi ilə Asiya Beyin Mərkəzlərinin İnkişaf Forumu 2013-cü ildən etibarən təşkil olunur. Azərbaycanı Asiya Beyin Mərkəzlərinin İnkişaf Forumunda ötən ildən başlayaraq İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi təmsil edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR