Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin oktyabr ayında Azərbaycanda 92,149 avtonəqliyyat vasitəsi icbari sığortaya cəlb olunub.
İcbari Sığorta Bürosundan “APA-Economics”ə verilən məlumata görə, bunların 19,8 minə qədərini xarici ölkədə qeydiyyata alınmış və Azərbaycana tranzit məqsədilə daxil olan avtonəqliyyat vasitələri təşkil edib.
Göstərilən dövrdə bağlanmış icbari sığorta müqavilələri üzrə daxil olan sığorta haqlarının məbləği 7,4 mln. manatı ötüb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə sığorta müqavilələrinin sayında 26,14%, sığorta haqlarının məbləğində 27,2% azalma müşahidə edilib.
Ümumilikdə bu ilin 10 ayı ərzində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 780 mindən çox sığorta müqaviləsi bağlanılıb və müqavilələr üzrə toplanılan sığorta haqlarının məbləği 59,1 mln. manat təşkil edib.
Bu ilin 10 ayı ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə sığorta müqavilələrinin sayında 0,72%, sığorta haqlarının məbləğində isə 0,26% artım müşahidə edilib.