Bank Of Baku

İpoteka və Kredit Zəmanət Fondunun 20 mln. manatlıq istiqrazları yerləşdiriləcək

İpoteka və Kredit Zəmanət Fondunun 20 mln. manatlıq istiqrazları yerləşdiriləcək
# 15 may 2018 14:34 (UTC +04:00)

Mayın 17-də Bakı Fond Birjasında (BFB) Azərbaycan İpoteka və Kredit Zəmanət Fondunun ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

 

Fonddan “APA-Economics”ə verilən məlumata görə, hərraca 20 mln. manat həcmində istiqraz çıxarılacaq.  İllik faiz dərəcəsi 3% olan istiqrazlar 1002,3333 qiyməti ilə satışa çıxarılacaq. İstiqrazların tədavül müddəti 23 ildir.

 

Təqdim edilmiş sifarişlər təklifdən çox olduğu halda sifarişlər mütənasib qaydada təmin ediləcək.

 

BFB-də ticarətdə iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR