Bank Of Baku

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin rəhbərliyinə yeni təyinatlar olub

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin rəhbərliyinə yeni təyinatlar olub
# 03 may 2016 11:16 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin rəhbərliyinə bir sıra yeni təyinatlar olub.

 

"APA-Economics" xəbər verir ki, Azərbaycan prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov və Milli Məclisinin deputatı Vüsal Hüseynov Müşahidə Şurasının üzvləri təyin olunub.

 

Bununla yanaşı, Müşahidə Şurasının müvafiq qərarına əsasən Vüsal Qasımlı Mərkəzin icraçı direktoru təyin olunub.

 

V. Qasımlı "APA-Economics"ə informasiyanı təsdiqləyib.

 

Xatırladaq ki, Mərkəzin Müşahidə Şurasının sədri prezidentin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirovdur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR