Bakı. Könül Cəfərli – APA. İrana qarşı tətbiq edilən sanksiyalar bu ölkənin iqtisadiyyatına mənfi təsir göstərir.
APA-nın məlumatına görə, bu barədə ABŞ Maliyyə Nazirliyinin İran iqtisadiyyatına dair hazırladığı hesabatda bildirilib.
Sənəddə qeyd edilib ki, 2012-ci ildə İran iqtisadiyyatına qoyulan xarici investisiyanın həcmi 53% (təxminən 9 mlrd. dollar) azalıb. Bu isə ölkə iqtisadiyyatında investisiya çatışmazlığı yaradıb.