Bank Of Baku

İrandan Azərbaycana 34 ədəd metadonun gətirilməsinin qarşısı alınıb

İrandan Azərbaycana 34 ədəd metadonun gətirilməsinin qarşısı alınıb
# 03 aprel 2017 09:50 (UTC +04:00)

Biləsuvar Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında, idarənin "Qoşa Təpə" gömrük postunda İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşı saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.

 

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən “APA-Economics”ə verilən məlumata görə,  şəxsi yoxlama zamanı vətəndaşın daxili orqanında (düz bağırsağında) bir ədəd bükümdə 34 ədəd metadon adlı həb aşkar olunub.

 

Xatırladaq ki, metadon adlı həb "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr"in II Siyahısına daxildir və 34 ədəd həbdə metadonun təsiredici maddəsinin ümumi miqdarı 1,36 qram təşkil edir.

 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR