Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşı saxlanılaraq üzərində şəxsi yoxlama aparılıb.
Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat Xidmətindən "APA-Economics"ə verilən məlumata görə, yoxlama zamanı vətəndaşın daxili orqanında (düz bağırsağında) 3 ədəd bükümdə, xalis çəkisi 14 qram olan narkotik vasitə - heroin aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.