Bank Of Baku

İrandan Azərbaycana metadon keçirmək istəyən şəxs saxlanılıb

İrandan Azərbaycana metadon keçirmək istəyən şəxs saxlanılıb
# 25 aprel 2017 10:12 (UTC +04:00)

Biləsuvar Gömrük İdarəsinin əməkdaşları narkotik qaçaqmalçılığının qarşısını alıblar.

 

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən "APA-Economics"ə verilən məlumata  görə, İdarənin "Qoşa Təpə" gömrük postunda İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşının üzərində şəxsi yoxlama keçirilib. Yoxlama nəticəsində, vətəndaşın alt geyimində 3 ədəd paketdə 300 ədəd metadon adlı həb aşkar edilib.

 

Xatırladaq ki, metadon "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr"in II Siyahısına daxildir və aşkar olunan 300 ədəd həbdə metadonun təsiredici maddəsinin ümumi miqdarı 12 qram təşkil edir.

 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR