Bank Of Baku

İrandan Azərbaycana narkotik keçirmək istəyən Əfqanıstan vətəndaşı saxlanılıb

İrandan Azərbaycana narkotik keçirmək istəyən Əfqanıstan vətəndaşı saxlanılıb
# 10 iyul 2017 11:13 (UTC +04:00)

Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İrandan Azərbaycana piyada gələn Əfqanıstan vətəndaşı saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.

 

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən “APA-Econopmics”ə verilən məlumata görə, yoxlama zamanı vətəndaşın şalvarının cibində 3 ədəd metadon adlı həb, daxili orqanında (düz bağırsağında) isə 10 ədəd bükümdə olmaqla, ümumi xalis çəkisi 331,474 qram heroin aşkar edilib.

 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR