Bank Of Baku

İrandan Azərbaycana narkotik vasitənin keçirilməsinin qarşısı alınıb

İrandan Azərbaycana narkotik vasitənin keçirilməsinin qarşısı alınıb
# 05 iyun 2015 08:00 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. İrandan Azərbaycana narkotik maddə gətirilməsinin qarşısı alınıb.

 

Dövlət Gömrük Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” Gömrük Postunda İrandan Azərbaycana piyada gələn İran vətəndaşları Akhıloo Shırzad Akbar və onun qardaşı Akhıloo Amır Akbar saxlanılaraq onların üzərində şəxsi yoxlama aparılıb.

 

Şəxsi yoxlama zamanı Akhıloo Shırzad Akbarın daxili orqanı - düz bağırsağından, 6 ədəd bükümdə, ümumi xalis çəkisi 56,845 qram olan narkotik vasitə - heroin, digər bükümdə isə 5 ədəd həbdən ibarət “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan psixotrop maddələr”in  II Siyahısına daxil olan “bupronorfinadlı” dərman preparatı aşkar edilib. Akhıloo Amır Akbarın isə daxili orqanı - düz bağırsağından, 7 ədəd bükümdə, ümumi xalis çəkisi 64,203 qram olan narkotik vasitə - heroin aşkar olunub.

 

Faktla bağlı təhqiqat aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR